• cümə, 29 Mart, 05:04
  • Baku Bakı 7°C

Aİ-nin Cənub Qaz Dəhlizinə verdiyi dəstək layihənin əhəmiyyətli olmasının bariz nümunəsidir

13.06.18 13:07 716
Aİ-nin Cənub Qaz Dəhlizinə verdiyi dəstək layihənin əhəmiyyətli olmasının bariz nümunəsidir
"Cənub Qaz Dəhlizi Xəzər bölgəsindən Avropaya qaz təchizatının təhlükəsizliyi və diversifikasiyasını təkmilləşdirməyi nəzərdə tutan layihədir".
"APA-Economics"in məlumatına görə, bunu bu gün keçirilən "Cənub Qaz Dəhlizi və Şimali-şərqi Enerji Təhlükəsizliyi" beynəlxalq konfransında "Bulqarqaz"ın İdarə Heyətinin sədri Botyo Velinov deyib.
Onun sözlərinə görə, bu mövcud infrastruktur Cənub-Şərqi Avropanın yeni qaz mənbələrinə çıxış əldə etməsini asanlaşdıracaq: "Bu da eyni zamanda təchizatın təhlükəsizliyinin, həm də enerji nəqli yollarının əhəmiyyətini göstərir. Bundan əlavə, Cənub Qaz Dəhlizi, həmçinin regionda və bütün Avropadahavanın çirklənməsinin vəhavaya buraxılan karbon qazlarının azaldılmasına təsir göstərə bilər".
O qeyd edib ki, Aİ-nin layihəyə verdiyi dəstək, Cənub Qaz Dəhlizinin region və Avropa üçün nə qədər əhəmiyyətli olduğunun bariz nümunəsidir: "Bununla yanaşı, planlaşdırılan və tikinti mərhələsində olan interkonnektorlar bölgədəki qaz şəbəkələrinin əlaqələndirilməsində xüsusi rol oynayır və Cənub-Şərqi Avropa ölkələrini təhlükəsiz, rəqabət qabiliyyətli və əlverişli əmtəə ilə təmin edir. Qaz dəhlizinin marşrutu boyunca layihələrin maliyyələşdirilməsi də Avropa və dünya miqyasında kredit təşkilatlarının layihənin səhmdarlarına və onların planlarına olan güvəninin göstəricisidir".
banner

Oxşar Xəbərlər