• cümə axşamı, 28 mart, 21:15
  • Baku Bakı 13°C

Aİ: Minsk qrupunda dəyişiklik üçün tərəflərin razılığı tələb olunur

09.02.15 12:56 977
Aİ: Minsk qrupunda dəyişiklik üçün tərəflərin razılığı tələb olunur
ATƏT-in Minsk qrupunun həmsədrləri Rusiya, Fransa və ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə vasitəçilərdir və müəyyən edilmiş formatda istənilən dəyişiklik üçün bu məsələyə cəlb edilmiş tərəflərin razılığı tələb olunur. Avropa Komissiyasının mətbuat katibi Mayya Kosyançiç belə hesab edir.
Bu gün xanım M.Kosyançiç Trend-ə Minsk qrupu həmsədrlərinin tərkibində mümkün dəyişikliyi şərh edərkən deyib:
"Avropa İttifaqı hələlik ATƏT-in Minsk qrupunun üzvü deyil, lakin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına tamamilə sadiqdir və Minsk qrupunun işini dəstəkləyir".
Qeyd edək ki, bir müddət əvvəl ATƏT PA-da Siyasi məsələlər və təhlükəsizlik komitəsi sədrinin müavini, deputat Azay Quliyev mediaya ATƏT PA-nın bu ay Vyanada keçiriləcək qış sessiyasında həm Almaniyanın, həm də Türkiyənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Minsk qrupu çərçivəsində həll prosesinə yaxından cəlb edilməsi və hazırda 3 ölkədən ibarət həmsədrlik institutunun dəyişdirilərək “5-lik Sədrlər Şurası” (SŞ) ilə əvəz olunması haqqında məsələ qaldırmağı planlaşdırdığını açıqlamışdı.
banner

Oxşar Xəbərlər