Aİ KXDR-ya qarşı sanksiyaların müddətini uzadıb

Aİ KXDR-ya qarşı sanksiyaların müddətini uzadıb

Təfsilat
16 İyul 2019, 10:00 17697
Avropa İttifaqı (Aİ) Koreya Xalq Demokratik Respublikasının fiziki və hüquqi şəxlərinə qarşı tətbiq edilən sanksiyaların müddətini uzadıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Avropa İttifaqı Şurasının press-relizində deyilir.
Sənəddə qeyd edilir ki, Aİ Şurası aktivlərin dondurulması və hərəkətin məhdudlaşdırılması tətbiq edilən şəxslərin xüsusi siyahısını yenidən nəzərdən keçirib. Aİ sanksiyaları fərdi qaydada 57 nəfərə və 9 hüquqi şəxsə qarşı qüvvədədir.
Bundan əlavə, Aİ-nin KXDR-ya qarşı sanksiyalar siyahısında BMT Təhlükəsizlik Şurasının qətnamələrindən adları çəkilən 80 fiziki və 75 hüquqi şəxs var.

Sanksiyalar KXDR-nın nüvə silahının və ballistik raketlərin hazırlanması üzrə fəaliyyəti ilə əlaqədar tətbiq edilib.