• cümə, 26 Aprel, 15:20
  • Baku Bakı 23°C

Aİ Krımın Rusiya tərəfindən ilhaqına görə tətbiq etdiyi sanksiyaların müddətini uzadıb

18.06.18 14:48 735
Aİ Krımın Rusiya tərəfindən ilhaqına görə tətbiq etdiyi sanksiyaların müddətini uzadıb
Avropa İttifaqıŞurası Krım və Sevastopolun Rusiya tərəfindən ilhaqı ilə əlaqədar tətbiq etdiyi sanksiyaların müddətini daha 1 il uzadıb.

APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Brüsselin sanksiyaları Aİ vətəndaşları və şirkətlərinin Krımdan mal idxal etməsini, yarımadaya investisiya yatırmasını, turizm xidmətləri göstərilməsini, Krıma nəqliyyat, telekommunikasiya və energetika avadanlıqları, o cümlədən neft, qaz, faydalı qazıntıların hasilatı və emalı ilə bağlı texnologiyaların ixracını qadağan edir. Texniki yardım, vasitəçi xidmətləri, tikinti-mühəndislik xidmətləri də qadağandır.

Xatırladaq ki, 2014-cü ilin martında Ukraynanın Krım Muxtar Respublikasının Rusiya tərəfindən ilhaqından sonraAvropa İttifaqı Rusiyaya qarşı sanksiyalar tətbiq edib.
banner

Oxşar Xəbərlər