• cümə, 19 Aprel, 14:46
  • Baku Bakı 25°C

Aİ: Koronavirusla bağlı vəziyyət mart ayı ilə müqayisədə daha pisdir

24.09.20 16:45 523
Aİ: Koronavirusla bağlı vəziyyət mart ayı ilə müqayisədə daha pisdir
İndi Avropa İttifaqının bəzi ölkələrində koronavirus pandemiyası ilə bağlı vəziyyət mart ayında yoluxmanın pik nöqtəsi ilə münasibətdə daha pisdir.
Trend-in məlumatına görə, bunu səhiyyə məsələləri üzrə Avropa komissarı Stella Kiriakidis mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu vəziyyət böyük narahatlıq doğurur.
O bildirib ki, Aİ ölkələrində və Böyük Britaniyada avqust ayından başlayaraq koronavirusa yoluxma sayı kəskin artır.
Qeyd edək ki, bu günədək Avropada 4,6 milyondan çox şəxs koronavirusa yoluxub, 218 402 nəfər ölüb.
banner

Oxşar Xəbərlər