• cümə, 29 Mart, 12:21
  • Baku Bakı 14°C

Aİ komissarı Avrozonada yeni böhranın qaçılmaz olduğunu söyləyib

18.08.18 11:30 393
Aİ komissarı Avrozonada yeni böhranın qaçılmaz olduğunu söyləyib
Avrozona daxili inteqrasiyanı davam etdirməli və qaçılmaz olan yeni böhran barədə düşünməlidir.
AZƏRTACRİA Novosti agentliyinə istinadla xəbər verir ki, Avropa İttifaqının (Aİ) iqtisadiyyat və maliyyə məsələləri üzrə komissarı Pyer Moskovisi bu fikri jurnalistlərə Yunanıstanın xarici maliyyə yardımı proqramından çıxmasını şərh edərkən söyləyib. Müvafiq yardımı Yunanıstan qlobal böhran fonunda 2010-cu ildən bəri alırdı.
Aİ komissarı bundan əvvəl Yunanıstanın iqtisadi yüksəlişə qayıtdığını, ölkənin böyük büdcə kəsirinin büdcə profisitinə çevrildiyini deyib.
banner

Oxşar Xəbərlər