• cümə, 19 Aprel, 12:54
  • Baku Bakı 25°C

Aİ əməkdaşlarını daşıyan təyyarə qəzaya uğrayıb, 5 nəfər ölüb

24.10.16 13:12 785
Aİ əməkdaşlarını daşıyan təyyarə qəzaya uğrayıb, 5 nəfər ölüb
Göyərtəsində Avropa İttifaqının sərhəd xidməti əməkdaşlarının olduğu ehtimal edilən yüngül mühərrikli təyyarə Maltada qəzaya uğrayıb.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 5 nəfər ölüb.

"Times of Malta”nın məlumatına əsasən təyyarə Luka şəhərindəki aerodromdan qalxdıqdan sonra adanın cənub hissəsində qəzaya uğrayıb. Təyyarə Liviyanın Misrat şəhərinə uçurmuş. Bildirilir ki, təyyarə Aİ-nin sərhəd agentliyi olan "Frontex”ə kirayə verilib.Agentliyin nümayəndələri təyyarənin əməkdaşları tərəfindən istifadə olunduğunu təkzib edib.
banner

Oxşar Xəbərlər