Aİ Dağlıq Qarabağda keçirilmiş “referendumu” tanımır - Bəyanat
ATƏT-in Daimi Şurasının 2 mart 2017-ci ildə keçirilmiş iclasındaAvropa İttifaqı(Aİ) Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qanunsuz referendumla əlaqədar bəyanatla çıxış edib.
APA-nın məlumatına görə, bəyanatda deyilir ki,Avropa İttifaqı20 fevral tarixində Dağlıq Qarabağda keçirilmiş "konstitusiya referendumu”nu tanımır.
"Avropa İttifaqıhəmçinin bu "referendum”un keçirildiyi hüquqi və konstitusion çərçivələri tanımır. "Referendum”un nəticələri Dağlıq Qarabağın statusuna və danışıqlar prosesinə heç bir halda təsir edə bilməz. Aİ münaqişənin sülh yolu ilə həll edilməsi üçünATƏT-in Minsk Qrupunun həmsədrlərinin səylərinə dəstəyini bir daha ifadə edir", - deyə bəyanatda vurğulanır.