• cümə, 29 Mart, 11:45
  • Baku Bakı 5°C

Aİ Dağlıq Qarabağda keçirilməsi planlaşdırılan “seçkilər”i tanımır

07.04.15 15:03 907
Aİ Dağlıq Qarabağda keçirilməsi planlaşdırılan “seçkilər”i tanımır
“Dağlıq Qarabağda keçirilməsi planlaşdırılan “seçkilər”dən xəbərdarıq. Prosesi diqqətlə izləyirik”. Bu sözləri Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber APA-ya açıqlamasında deyib.
Bu “seçkiləri”in hüquqi əsasının olmadığını deyən H.Salber qeyd edib ki, Avropa İttifaqı 2010 və 2012-ci illərdə analoji vəziyyətlərdə öz mövqeyini ifadə edib: “2010-cu il bəyanatında Avropa İttifaqı Dağlıq Qarabağda keçirilən “parlament seçkiləri”ni tanımadığını bildirib. Bəyanatda bu cür “seçkilərin” keçirilməsinin Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesinə zərər vurmamasının vacibliyi qeyd edilib”. H.Salber 2012-ci il iyulun 19-da da Avropa İttifaqının Dağlıq Qarabağda keçirilən “prezident seçkiləri”ni tanımadığını bildirib.
banner

Oxşar Xəbərlər