• cümə, 29 Mart, 14:49
  • Baku Bakı 14°C

Aİ-Britaniya münasibətlərinin “Brexit”dən sonra necə davam edəcəyi üç həftə ərzində ictimaiyyətə açıqlanacaq

11.02.18 14:30 406
Aİ-Britaniya münasibətlərinin “Brexit”dən sonra necə davam edəcəyi üç həftə ərzində ictimaiyyətə açıqlanacaq
Böyük Britaniyanın Baş naziri Tereza Mey və nazirlər üç həftə ərzində "Brexit”dən sonra Britaniya-Avropa İttifaqı münasibətlərinin necə davam edəcəyi barədə fikirlərini açıqlayacaqlar.
AZƏRTACxəbər verir ki, açıqlamaların daha çox təhlükəsizlik, işçilərin hüquqları və ticarət məsələləri ilə bağlı olması gözlənilir.
Baş nazir Tereza Mey Britaniyanın "Brexit” sonrası planları haqqında açıqlama verməsi ilə bağlı Brüsseldən ciddi təzyiqlərlə üzləşir. Çünki bu mövzuya dair Avropa İttifaqı ilə hələlik heç bir razılıq əldə edilməyib.
banner

Oxşar Xəbərlər