• cümə axşamı, 28 mart, 13:47
  • Baku Bakı 16°C

Aİ Azərbaycanda prezident seçkiləri ilə bağlı bəyanat yayıb

13.04.18 12:50 614
Aİ Azərbaycanda prezident seçkiləri ilə bağlı bəyanat yayıb
Avropa İttifaqı(Aİ) Azərbaycanda keçirilmiş 11 aprel prezident seçkiləri ilə bağlı bəyanat yayıb.
APA-nın xəbərinə görə, Avropa Xarici Əlaqələr Xidmətinin bəyanatında vurğulanır ki,ATƏT/DTİHB seçki müşahidə missiyası qeyd edib ki, Azərbaycan rəhbərliyi beynəlxalq müşahidəçilərlə müsbət yanaşma nümayiş etdirib, onlar sərbəst şəkildə fəaliyyət göstərə biliblər və bu, müsbət addım kimi qiymətləndirilir.
Qeyd olunur ki, Seçki Müşahidə Missiyasının qiymətləndirməsində də deyildiyi kimi, seçkilər məhdud siyasi mühitdə, müəyyən qanun pozuntuları ilə keçib.
Avropa İttifaqıümid edir ki, AzərbaycanATƏT/DTHİB-in bu və əvvəlki seçkilərlə bağlı tövsiyələrini nəzərə alacaq və həyata keçirəcək: "Avropa İttifaqıbu prosesdə köməklik göstərməyə hazırdır.Avropa İttifaqıAzərbaycan xalqının rifahı vəAvropa İttifaqı-Azərbaycan münasibətləri naminə fəaliyyətdə olan prezidentin yeni prezidentlik dövrü ərzində Azərbaycanla dialoq və sıx əməkdaşlığı, o cümlədən demokratiya və insan haqları ilə bağlı fundamental məsələlərin həllində əməkdaşlığı davam etdirmək istəyir".
banner

Oxşar Xəbərlər