• cümə, 19 Aprel, 02:39
  • Baku Bakı 18°C

“Aİ Azərbaycanda nəqliyyat habının inkişafını dəstəkləyir”

16.03.18 14:10 421
“Aİ Azərbaycanda nəqliyyat habının inkişafını dəstəkləyir”
"Avropa İttifaqıAzərbaycanda nəqliyyat habının inkişafını dəstəkləyir".
APA-nın məlumatına görə, bunuAvropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas Ələtdə yerləşən yeni Bakı Limanının əməliyyat imkanlarının genişləndirilməsinə Aİ-nin dəstəyi layihəsinin təqdimat mərasimində deyib.
"Azərbaycanın güclü infrastrukturu var. Biz Bakı Limanının ən müasir texnologiyalarla təmin edilməsi üçün çalışacağıq. Həmçinin proqram təminatı dəstəyi də göstəriləcək. Çünki bu infrastrukturun işləməsi üçün proqram təminatı vacibdir. Həmçinin idarəetmə, insan resursları, informasiya texnologiyaları sahəsində də dəstək veriləcək. Limanın müasir informasiya-kommunikasiya sistemləri onlayn rejimdə yüklərin yerini, üzərində aparılan əməliyyat, liman ərazisini tərk etmə və qonşu limanlara çatma vaxtını müşahidə edə biləcəklər".
K. Yankauskas bildirib ki, Bakı Limanı ilə əlaqədar 260 min avroluq layihə həyata keçirilib. Hazırkı layihəyə isə 1 milyon avro ayrılıb.
banner

Oxşar Xəbərlər