• cümə axşamı, 28 mart, 15:47
  • Baku Bakı 16°C

Aİ - Azərbaycan Əməkdaşlıq Şurasının iclası keçirilir

09.02.18 12:50 843
Aİ - Azərbaycan Əməkdaşlıq Şurasının iclası keçirilir
BrüsseldəAvropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclası başlayıb.
APA-nın xəbərinə görə, iclas Azərbaycan xarici işlər naziriElmar Məmmədyarovvə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerinin sədrliyi ilə keçirilir.
Qeyd edək ki, iclasda tərəflər "Şərq Tərəfdaşlığı" və "Avropa Qonşuluq Siyasəti" çərçivəsində mövcud münasibətlərin vəziyyətini,Avropa İttifaqı-Azərbaycan ikitərəfli sazişi üzrə aparılan danışıqlar, iqtisadi və ticarət əməkdaşlığı, Azərbaycanda iqtisadi islahatlar, demokratiya, qanunun aliliyi və insan hüquqları kimi siyasi məsələləri kimi məsələlər ətrafında müzakirələr aparacaq.
İclasın gündəliyində qeyd olunub ki, Əməkdaşlıq Şurasının üzvləri "Cənub Qaz Dəhlizi"nə dair məsələlər daxil olmaqla, enerji əməkdaşlığı məsələsini müzakirə edəcəklər.
İclasda mülki aviasiya razılaşmasına dair danışıqlar da nəzərdə tutulub.
Bundan başqa, E. Məmmədyarov və F. Mogerini Ermənistan-AzərbaycanDağlıq Qarabağmünaqişəsi və bir sıra digər regional məsələlərə toxunacaqlar.
banner

Oxşar Xəbərlər