• cümə, 29 Mart, 13:24
  • Baku Bakı 14°C

Aİ-Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində alt komitənin iclası keçirilib

19.03.18 12:15 499
Aİ-Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində alt komitənin iclası keçirilib
BrüsseldəAvropa İttifaqı(Aİ)- Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində Məşğulluq və sosial məsələlər, ictimai səhiyyə, təlim, təhsil və gənclər, mədəniyyət, informasiya cəmiyyəti və audiovizual siyasət, elm və texnologiya məsələləri üzrə alt-komitənin beşinci iclası keçirilib.
Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan tərəfindənTəhsil Nazirliyinin həmsədrlik etdiyi iclasdaƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,Gənclər və İdman Nazirliyi,Mədəniyyət və Turizm Nazirliyi, Səhiyyə Nazirliyi, Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndələrindən ibarət heyət iştirak edib.
İclasda təhsil, məşğulluq və sosial məsələlər, səhiyyə, gənclər siyasəti, mədəniyyət, tədqiqat və innovasiyalar, informasiya cəmiyyəti mövzularında qarşılıqlı müzakirələr aparılıb. Azərbaycan tərəfi sözügedən sahələrdə həyata keçirilən islahatlar və əldə olunan nəticələrlə bağlı məlumat verib. Aİ nümayəndə heyəti isə bu sahələr üzrə həyata keçirilən siyasət və nəzərdə tutulmuş dəyişiklərlə bağlı təqdimatlar edib.
İclasın gedişində Azərbaycan vəAvropa İttifaqıarasında sözügedən alt-komitənin əhatə etdiyi sahələr çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi, yeni layihələrin həyata keçirilməsi üçün fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, 2012-ci ildən etibarən mütəmadi olaraq keçirilən iclasın sonuncusu 2016-cı ilin oktyabr ayında Bakıda olub.
banner

Oxşar Xəbərlər