Aİ-Azərbaycan danışıqlarının növbəti mərhələsi mayın 29-30-da keçiriləcək
"Avropa İttifaqıilə Azərbaycan arasında tərəfdaşlıq haqqında yeni sazişlə bağlı danışıqların növbəti mərhələsi 29-30 may tarixlərində Bakıda keçiriləcək".
APA-nın xəbərinə görə, bunuAvropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin siyasət şöbəsinin rəhbəri, nümayəndəliyin birinci müşaviri Denis Danilidis bildirib.
Danışıqlarda iştirak etmək üçünAvropa İttifaqının nümayəndə heyəti bazar ertəsi Bakıya gələcək.
Sazişin 2019-cu ildə imzalanacağı ilə bağlı məlumatlara münasibət bildirən D. Danilidis konkret tarixin məlum olmadığını deyib: "Sazişlə bağlı danışıqlar başlayanda, bilmək olmur ki, sənəd nə vaxt imzalanacaq".
D. Danilidis Azərbaycanla Aİ arasında aviasiya sazişi ilə bağlı bütün detalların artıq müzakirə edildiyini bildirib: "Aİ üçün bu saziş artıq tam aydındır. Danışıqlar bitib. Tərəflər arasında razılaşdırılmış sənəd var. Mən belə başa düşürəm ki, Azərbaycan tərəfinin razılaşmanın milli aviadaşıyıcı olan AZAL-a və iqtisadiyyatın digər sahələrinə necə təsir edəcəyini analiz etməyə ehtiyacı var. Ona görə də Azərbaycan tərəfini gözləyirik. İndi danışıqlar yoxdur. Sazişin bu il imzalanması isə ancaq Azərbaycan tərəfindən asılıdır".