• cümə, 19 Aprel, 12:53
  • Baku Bakı 25°C

Aİ avrointeqrasiya layihələri üzrə Türkiyə üçün maliyyələşməni dayandırıb

12.03.17 09:50 738
Aİ avrointeqrasiya layihələri üzrə Türkiyə üçün maliyyələşməni dayandırıb
Aİ Türkiyənin Avropa məkanına inteqrasıyasına yönələn bir sıra inteqrasiya layihələri üzrə Türkiyə üçün nəzərdə tutulan bütün ödəmələri bloklayıb.APA-nın "Strana.ua”ya istinadən verdiyi xəbərə görə, bu barədə Almaniyanın "Deutsche Wellе” nəşri məlumat yayıb.
Qeyd edək ki, Aİ 2014-2020-ci illər üçün Türkiyəyə 4,45 mlrd. avro maliyyə yardımı ayırmağı planlaşdırmışdı. Həmin məbləğdən indiyədək Türkiyəyə cəmi 167 mln. avro köçürülüb.
Ödənişlər konkret layihələrə bağlıdır. Onlardan ən irisi "Aİ-də üzvlüyə hazırlıqla bağlı islahatlar” layihəsidir. Bu məqsədlər üçün Aİ 1,58 mlrd. avro ayırmağı planlaşdırmışdı.
banner

Oxşar Xəbərlər