• cümə axşamı, 18 aprel, 12:52
  • Baku Bakı 22°C

Aİ-ABŞ danışıqları baş tutmayıb

23.02.19 16:00 324
Aİ-ABŞ danışıqları baş tutmayıb
Avropa İttifaqının (Aİ) üzvü olan ölkələrin ticarət nazirləri Vaşinqtonla qarşılıqlı ticarət şərtlərinin sadələşdirilməsinə dair danışıqların başlanması barədə razılığa gələ bilməyiblər.
AZƏRTACxəbər verir ki, Avropa İttifaqında istehsal edilmiş avtomobillərə görə cərimə tətbiq ediləcəyi barədə hədə-qorxulara baxmayaraq, 2019-cu ilin mart ayına qədər (o vaxt Aİ-nin sammiti keçiriləcək) yeni danışıqlar aparılmayacaq.
Aİ-nin ticarət məsələləri üzrə komissarı Sesiliya Malmström danışıqların baş tutmaması faktına münasibətini bu şəkildə bildirib: "Aİ üzvü olan bəzi ölkələr daxili məsləhətləşmələr aparmalıdırlar, bunun onlara əlavə vaxt lazımdır”.
Müşahidəçilər ABŞ ilə ticarət sazişinə dair danışıqların uğursuz nəticəsinin səbəbi kimi Fransa, Belçika, İspaniya, İtaliya və Lüksemburqun inadkar mövqe tutmasını göstərirlər.
banner

Oxşar Xəbərlər