• cümə axşamı, 28 mart, 23:21
  • Baku Bakı 13°C

Ahmet Altay Cengizer: Azərbaycan güclü mədəniyyəti olan ölkədir

13.11.19 14:15 811
Ahmet Altay Cengizer: Azərbaycan güclü mədəniyyəti olan ölkədir
Azərbaycanda mədəniyyətin tanınmasına və inkişafına xüsusi əhəmiyyət verilir. Azərbaycan Prezidenti və Birinci vitse-prezidenti mədəniyyətin təşviqinə xüsusi diqqət göstərirlər. Azərbaycan ilə UNESKO arasında da çox yaxşı əlaqələr qurulub. UNESKO vacib təşkilatdır və onun əhəmiyyəti getdikcə daha da artır.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində UNESKO-nun Baş Konfransının 40-cı sessiyasının prezidenti, Türkiyənin UNESKO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Ahmet Altay Cengizer bildirib.
Qeyd edib ki, Bakı UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına möhtəşəm ev sahibliyi edib.
"UNESKO-nun Baş Konfransının 40-cı sessiyasına prezident seçildim. Qurumu inkişaf etdirməyə və təhlükələrdən qorumağa çalışacağam. Təhlükə deyəndə, daxili anlaşılmamazlıqlar və bəzi məsələlərə laqeydlikləri nəzərdə tuturam.
Mövcud vəziyyət göstərir ki, UNESKO-ya ehtiyac daha çox olacaq. Bu baxımdan qurumun daha da səmərəli olması üçün səylərimi əsirgəməyəcəm.
Azərbaycan çox güclü mədəniyyəti olan ölkədir. Qeyd etdiyim kimi Azərbaycan Prezidenti və Birinci vitse-prezidenti mədəniyyətin təşviqinə xüsusi münasibət bəsləyirlər.
Azərbaycan UNESKO-nun Baş Konfransının 40-cı sessiyasına vitse-prezident seçilib. Ümid edirəm ki, birlikdə bir çox layihələr reallaşdıracağıq.
Türkiyə, eləcə də qardaş Azərbaycandan dəstək gözləyirəm”,-deyə Ahmet Altay Cengizer vurğulayıb.
banner

Oxşar Xəbərlər