• çərşənbə, 17 Aprel, 00:52
  • Baku Bakı 14°C

Ahıllar üçün də günərzi xidmət mərkəzləri olacaq

11.06.19 13:37 471
Ahıllar üçün də günərzi xidmət mərkəzləri olacaq
Prezident İlham Əliyevin 1 iyun 2019-cu il tarixli sərəncamı sosial xidmətlər sistemində yeni bir istiqamət kimi, ahıllar üçün də günərzi xidmətlərin təşkilinə imkan yaradıb. Sərəncamın icrası işləri çərçivəsində 5 rayonda ahıllar üçün günərzi xidmət mərkəzlərinin yaradılması nəzərdə tutulub.
Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində həmin kateqoriyadan olan şəxslər stasionar şəkildə xidmətlərlə təmin edilirlər. Həmçinin əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan, özünəqulluq qabiliyyəti olmayan tənha ahıllara evlərində sosial-məişət xidməti göstərilir.
Yeni günərzi mərkəzlərdə isə tənha ahıllara yarımstasionar şəkildə sosial-məişət, tibbi, mədəni və başqa xidmətlər göstərilməsi, asudə vaxtlarının səmərəli təşkili və s. istiqamətlərdə işlər aparılacaq.
banner

Oxşar Xəbərlər