• cümə, 29 Mart, 08:51
  • Baku Bakı 5°C

Ahıl kişi intiharının səbəbini özü ilə məzara apardı

07.03.14 13:27 1087
Ahıl kişi intiharının səbəbini özü ilə məzara apardı
Qax rayonunun ahıl sakini intiharının səbəbini özü ilə məzara apardı. Qaratala kəndində 60 yaşlı Zahid Məmmədov özünü qonşusuna çatdıraraq sirkə turşusu içdiyini deyib, ancaq bunun səbəbini deməyə ölüm macal verməyib. “Sirkə turşusu içdim” deyib, sonra isə huşunu itirib. Onu Qax Mərkəzi rayon Xəstəxanasına çatdırmaq da mümkün olmayıb, yolda keçinib.
Rayon Prokurorluğundan Milli.Az-a bildirildi ki, Z.Məmmədovun arağı səhv salaraq sirkə turşusu içməsi ehtimal olunur. Fiziki qüsuru olan həyat yoldaşı və bir qızı ilə yaşayan Z.Məmmədov spirtli içki aludəçisi olub. Faktla bağlı Qax rayon Prokurorluğunda cinayət işi başlanıb.
banner

Oxşar Xəbərlər