• cümə, 29 Mart, 01:03
  • Baku Bakı 7°C

AHİK və 24 QHT referendumla bağlı təşəbbüs qrupu yaradıb - Fotolar

04.08.16 14:11 1422
AHİK və 24 QHT referendumla bağlı təşəbbüs qrupu yaradıb - Fotolar
Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və 24 qeyri-hökumət təşkilatının (QHT) sentyabrın 26-na təyin olunmuş ümumxalq səsverməsində (referendum) təşəbbüs qrupunun yaradılması məqsədi ilə təşəbbüsçülərinin yığıncağı keçirilib.

APA-nın xəbərinə görə, yığıncaqda 4002 ilkin təşəbbüsçünü təmsil edən 402 nümayəndə iştirak edib. Yığıncaqda təşəbbüs qrupu yaradılıb. Təşəbbüs qrupunun adının "Vətəndaş cəmiyyəti” olmasına qərar verilib.

Yığıncaqda Seçki Məcəlləsinə uyğun olaraq təşəbbüs qrupunun 25 nəfər səlahiyyətli nümayəndəsi və 1 nəfər maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi təyin edilib. "Vətəndaş cəmiyyəti” təşəbbüs qrupunun qeydiyyatdan keçməsi üçün MSK-ya bildirişin təqdim edilməsinə qərar verilib.

Qeyd edək ki, iyulun 18-də Azərbaycan prezidenti tərəfindən "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsi rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə göndərilib. Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiya Məhkəməsi Referendum Aktına rəy verib. Prezidentİlham ƏliyevAzərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla referendum 2016-cı il sentyabrın 26-na təyin edilib. MSK-ya ümumxalq səsverməsinin (referendumun) göstərilən tarixdə keçirilməsini təmin etmək tapşırılıb.






banner

Oxşar Xəbərlər