• çərşənbə axşamı, 23 aprel, 11:06
  • Baku Bakı 20°C

“Ah, bu uzun sevda yolu” növbəti dəfə nümayiş ediləcək

11.01.19 11:22 671
“Ah, bu uzun sevda yolu” növbəti dəfə nümayiş ediləcək
Azərbaycan Akademik Milli Dram Teatrında görkəmli şair Mikayıl Müşfiqin xatirəsinə ithaf edilən "Ah, bu uzun sevda yolu” tamaşası təqdim olunacaq.
AZƏRTACxəbər verir ki, yanvarın 19-da baxılacaq səhnə əsəri dramaturq Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanan iki hissəli tale dramıdır.
Tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir. Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərində rolları Xalq artisti Hacı İsmayılov, Əməkdar artistlər Anar Heybətov, Münəvvər Əliyeva, Ayşad Məmmədov və başqaları çıxış edəcək.
banner

Oxşar Xəbərlər