• cümə, 29 Mart, 09:18
  • Baku Bakı 5°C

Agentlik: Turizm polisi ilk olaraq Bakıda fəaliyyət göstərəcək

29.11.19 16:07 585
Agentlik: Turizm polisi ilk olaraq Bakıda fəaliyyət göstərəcək
Turizm polisi ilk olaraq Bakıda fəaliyyət göstərəcək. Trend-in məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.
Onun sözlərinə görə, turizm polisinin yaradılması Turizm Agentliyi və Daxili İşlər Nazirliyi ilə birlikdə müzakirə olunur:
"Turizm polisi böyük bir layihənin tərkib hissəsidir. Əslində, bu, turistlərə dəstək olan bir neçə dövlət qurumları tərəfindən vahid xidmətin göstərilməsidir. Bu da öz növbəsində turistlərin Azərbaycanda dövlət qurumları ilə əlaqəsinin asanlaşmasına , onlara xidmətin vahid bir mərkəzdən həyata keçirilməsinə yardım edəcək".
K.Quluzadə əlavə edib ki, artıq turizm polisinin yaradılması ilə bağlı müəyyən razılıqlar əldə olunub:
"Artıq turizm polisinin geyimi, hansı ərazilərdə fəaliyyət göstərməsi, hansı treninqlərdən keçiriləcəyi barədə razılıq əldə olunub. Əlbəttə ki, turizm polisləri xüsusi treninqlərdən keçmiş, bir neçə dil bilən şəxslər olacaqlar".
banner

Oxşar Xəbərlər