AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Agentləri milyonçu edənlər

Agentləri milyonçu edənlər

İdman
02 Aprel 2020, 15:00 1004
 A Seriyasında çıxış edən klubların agentlərə ödədiyi məbləğ məlum olub.  
 
Kaspi.az xəbər verir ki, məlumatı İtaliya Futbol Federasiyası açıqlayıb. Klublar 2019-cu ildə futbolçuların agentlərinə 187 milyon avro ödəyiblər.  Bu, 2018-ci illə müqayisədə 18 milyon avro çoxdur. Burda söhbət yalnız klubların ödədiyi vəsaitdən gedir.  
 
Futbolçular isə agentlərə 13 milyon avro ödəyiblər. Agentlərə ən çox "Yuventus” pul ödəyib – 44,3 milyon avro.  Daha üç klub agentlərə 10 milyon avrodan artıq vəsait ödəyib – "İnter” (31,8 milyon), "Roma” (23,2), "Milan” (19,6).