• cümə axşamı, 25 aprel, 07:31
  • Baku Bakı 14°C

Agent alman yumoru edib, heç kim də başa düşməyib

17.09.19 11:23 594
Agent alman yumoru edib, heç kim də başa düşməyib
"Liverpul”un baş məşqçisi Yurgen Kloppla bağlı müəmmalı xəbər yayılıb.
Kaspi.az xəbər verir ki, məlumatı mətbuata Kloppun agenti Mark Kositski verib. O bildirib ki, Yurgen "Liverpul”la müqaviləni uzatmaya bilər. Buna səbəb kim i isə İngiltərənin iqlimini göstərib:
"Sirr deyil ki, klub onunla müqaviləni uzatmaq istəyir. Bizim fikirləşmək üçün vaxtımız var. Hələlik gözləmək və işlərin necə gedəcəyinə baxmaq lazımdır.
Görək İngiltərənin iqlimi müqavilə bağlamağa imkan verəcək. Klopp səhər oyananda hər yer qaranlıq olur. O, axşamüstü həyat yoldaşı ilə görüşür, yenə də hər yer qaranlıq olur.
Almaniyada iki həftəlik tətil olur. Həmin vaxt klublar daha isti yerlərə gedirlər. O dövrdə İngiltərədə isə məşqçilər komandaları növbəti qarşılaşmaya hazırlayırlar”.
Agentin bu açıqlaması mətbuatda müxtəlif fikirlərin yayılmasına səbəb olub. Bəziləri iddia edirlər ki, bu açıqlama, Kloppun "Liverpul”la müqaviləni uzatmayacağına işarədir. Alman mütəxəssis söz-söhbətə münasibət bildirməli olub:
"O. zarafat etmək istəyib. Mən isə ciddi olacağam. Onun dedikləri alman yumorudur. Ona görə də bunu heç kim başa düşməyib.
İngiltərənin iqlimi ilə heç bir problemim yoxdur. Sözbəsöz təkrarlayıram: klubları heç vaxt iqlim amilinə görə seçmirəm. Və bu amil hər hansı klubu tərk etməyim üçün heç vaxt səbəb olmayacaq”.
Kloppun "Liverpul”la qüvvədə olan müqaviləsi 2022-ci milin yayında başa çatır.
banner

Oxşar Xəbərlər