AZE | RUS | ENG |

AÇG istifadəyə veriləndən bəri ümumilikdə 492 milyon ton neft hasil edilib

AÇG istifadəyə veriləndən bəri ümumilikdə 492 milyon ton neft hasil edilib
Azərbaycanın böyük neft ehtiyatları mövcuddur. Bu gün yeni neft yataqlarının aşkar edilməsi və neft quyularının qazılması ilə bağlı işlər davam etdirilir.
Trend-in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Yeni Azərbaycan Partiyasında "Əsrin Müqaviləsi: Azərbaycanın yüksəlişinin möhtəşəm təməli” mövzusunda keçirilən dəyirmi masada deyib.
X.Yusifzadə bildirib ki, bu gün Azərbaycanın 4 milyard ton təsdiq edilmiş neft ehtiyatları var.
Onun sözlərinə görə, bu günə qədər Azərbaycan xarici bazarlara 554 mln. ton neft çıxarıb.
X.Yusifzadə vurğulayıb ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli” (AÇQ) yataqlar bloku istifadəyə verilən gündən bəri ümumilikdə 492 milyon ton neft hasil edilib.
SOCAR-ın Birinci vitse-prezidenti əlavə edib ki, Azərbaycanın böyük təbii qaz potensialı var: "Yeni yataqların kəşf edilməsi ilə bağlı işlər davam etdirilir. Bu gün Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetr təşkil edir. Ancaq proqnozlara görə bu rəqəm 6 trilyon kubmetrdir”.
O qeyd edib ki, Azərbaycan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə bu günə qədər ümumilikdə 2 mlrd. kubmetr qaz nəql edib.
Akademikin sözlərinə görə, Trans-Adriatik Qaz Boru Kəmərinin tikintisi davam etdirilir: "TAP layihəsi də artıq başa çatır. Gələn il də bu kəmər istifadəyə veriləcək".



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8748
GEL 1 1 Gürcüstan larisi 0.5727
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1477
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.173
CHF 1 1 İsveçrə frankı 1.7055
KWD 1 1 Küveyt dinarı 5.5956
TRY 1 1 Türkiyə lirəsi 0.2873