• cümə, 19 Aprel, 12:56
  • Baku Bakı 25°C

Afrindəki hadisələr diqqəti İŞİD-lə mübarizədən yayındırır

23.02.18 09:40 367
Afrindəki hadisələr diqqəti İŞİD-lə mübarizədən yayındırır
Suriyanın Afrin bölgəsində baş verənlər diqqəti İŞİD terror qruplaşması ilə mübarizədən yayındırır. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentin rəsmi nümayəndəsi Xezer Nauert bildirib.
"Biz orada əməliyyat aparmırıq və orada baş verənlərdən ətraflı məlumat verə bilmərik... Lakin bu ABŞ-ı əsas məqsəddən – İŞİD-i məğlub etməkdən yayındırır. Buna baxmayaraq, ABŞ-ın Türkiyə hökuməti ilə səmərəli diskussiyası davam etməkdədir”, - deyə Nauert bildirib.
"Dövlət katibi türkiyəli həmkarı və Türkiyə prezidenti ilə görüşüb. Biz qərara gəldik ki, səylərimizi İŞİD-lə mübarizəyə yönəldək”, - deyə Nauert bildirib.
Qeyd edək ki, Türkiyə Baş Qərargahı yanvarın 20-dəSuriyanın Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatın məqsədinin bölgənin PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Bir gün sonra isə Türkiyə ordusuSuriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb.
banner

Oxşar Xəbərlər