• şənbə, 27 Aprel, 00:10
  • Baku Bakı 14°C

Afrindəki əməliyyatda iştirak edən Türkiyə təyyarələri bazalara qayıdıb

20.01.18 22:53 426
Afrindəki əməliyyatda iştirak edən Türkiyə təyyarələri bazalara qayıdıb
Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD-in mövqelərinə zərbələr endirən 70-dək Türkiyə təyyarəsi döyüş tapşırığını uğurla yerinə yetirərək aviabazalara qayıdıb.
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Baş Qərargahın məlumatında bildirilir.
"Zərbələr terrorçuların Afrinin 7 rayonunda yerləşən obyektlərinə endirilib. Ümumilikdə 108 hədəf məhv edilib. Əməliyyata cəlb edilmiş 72 təyyarənin hamısı bazalarına dönüb”, - deyə Baş Qərargahın məlumatında bildirilir.
banner

Oxşar Xəbərlər