• cümə, 29 Mart, 04:30
  • Baku Bakı 7°C

Afrində antiterror əməliyyatının 22-ci günü 79 terrorçu zərərsizləşdirilib

10.02.18 17:21 434
Afrində antiterror əməliyyatının 22-ci günü 79 terrorçu zərərsizləşdirilib
Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində keçirdiyi "Zeytun budağı” əməliyyatı nəticəsində indiyədək 1141 terrorçu məhv edilib.
"Report” TRT-yə istinadən xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.
Əməliyyatın 22-ci günündə terrorçu PKK qruplaşmasının Suriydakı qolları olan PYD və YPG-nin, o cümlədən İŞİD-in 79 terrorçusu zərərsizləşdirilib.
Qeyd edək ki, "Zeytun budağı” əməliyyatı bu il yanvarın 20-də başlayıb.
banner

Oxşar Xəbərlər