• cümə, 19 Aprel, 23:23
  • Baku Bakı 24°C

Afrikanın ən varlı adamı onu əvəzləmək istəyir

18.08.17 15:50 1379
Afrikanın ən varlı adamı onu əvəzləmək istəyir
Afrikanın ən varlı adamı, nigeriyalı milyarder Aliko Danqote "Arsenal”la bağlı planlarından danışıb.
Kaspi.az xəbər verir ki, Danqote Alişer Usmanovla Sten Kronkedən "Arsenal”ı almağı planlaşdırır. O, bu planı həyata keçirəcəyi təqdirdə, ilk işinin Arsen Vengeri əvəzləmək olacağını bildirib:
"İlk işim Vengeri dəyişmək olacaq. O, komanda üçün çox iş görüb. Ancaq imkan vermək lazımdı ki, başqa bir mütəxəssis də uğur axtarsın.
Əminəm, əgər klubun sahibləri məqbul təklif alsalar, onda onu satmağa razılaşacaqlar. Neftayrıma zavodunun tikintisini başa çatdırandan sonra bu işi həll edə bilərik.
"Arsenal” böyük klubdur, yaxşı təşkilatlanıb. Ancaq onun daha yaxşı idarə edilməsinə ehtiyac var. Ona görə də bu klubu almaq istəyirəm. Gözləyəcəyəm. Hətta situasiya ciddi şəkildə dəyişsə də, "Arsenalı” alacağam”.
Aliko Danqotenin sərvəti 13 milyard dollar həcmində qiymətləndirilir.
banner

Oxşar Xəbərlər