• çərşənbə axşamı, 16 aprel, 09:21
  • Baku Bakı 14°C

Afinada Xocalı soyqırımı ilə bağlı anım konserti keçirilib - Fotolar

04.03.17 15:25 965
Afinada Xocalı soyqırımı ilə bağlı anım konserti keçirilib - Fotolar
Yunanıstan paytaxtı Afina şəhərində "LillianVoudouri” Böyük Musiqi Kitabxanasının "Megaron” konsert zalında Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Strasburq ofisi və Azərbaycanın Yunanıstandakı səfirliyi tərəfindən "Xocalıya Ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində anım konserti təşkil edilib.
TEAS-danAPA-ya verilən məlumata görə, tədbirdəXocalıqurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir iştirakçıları qarşısında çıxış edən Azərbaycanın Yunanıstandakı fövqəladə və səlahiyyətli səfiri Rəhman MustafayevXocalıqətliamına hüquqi qiymətin verilməsi məsələsində həmrəylik nümayiş etdirilməsinin vacibliyindən danışıb: "Necə ola bilər ki, 1992-ci ilin fevral ayında Xocalıda törədilmiş qanlı hadisə kimi dəhşətli bir cinayət baş versin, lakin heç vaxt tanınmasın? Cavab sadədir, Ermənistan Azərbaycan xalqına qarşı XX əsr ərzində törətdiyi cinayətlərə görə heç vaxt məsuliyyət daşımayıb. AzərbaycanXocalıfaciəsi haqqında həqiqəti beynəlxalq ictimaiyyətə çatdırmaq, bütün dünyada hökumətlər və parlamentlərin bu soyqırıma siyasi-hüquqi qiymət vermələrinə nail olmağa çalışır. Biz bu cinayəti pisləmək və ona hüquqi qiymətin verilməsi məsələsində həmrəylik nümayiş etdirməliyik. Bu yalnız qətlə yetirilmiş və işgəncələrə məruz qalmış Azərbaycan vətəndaşlarının xatirəsi üçün deyil, həmçinin dünya xalqları üçün çox vacib məsələdir. Bu cür faciələrin təkrarlanmasına yol verilməməlidir. Fürsətdən istifadə edərək mən sizə və sizin vasitənizlə Yunanıstan Respublikasının vətəndaşları və parlament üzvlərini "Xocalıya ədalət!” beynəlxalq kampaniyasından kənarda qalmamağa və onu dəstəkləməyə çağırıram”.
Yüz əlli nəfərdən artıq siyasətçi, ictimai xadim, diplomat və mətbuat nümayəndələrindən ibarət auditoriya qarşısında çıxış edən Yunanıstan-Azərbaycan Gənclər Mərkəzinin prezidenti İoannis Papaqriqoriou və Avropa Azərbaycan Cəmiyyətinin Strasburq ofisinin rəhbəri Eliza Piter bildiriblər ki, bu tədbir müharibənin dəhşətli nəticələrinin ola biləcəyini xatırlamağa yardım edir: "Bu, qisasa çağırış deyil, ədalətə çağırışdır. Anım konserti millətlər arasında sülhə həsr olunmuş qəsidədir. Bu konsert sülh və ədalət ruhundadır”.
"Xocalı613” simfonik poemasının müəllifi, fransız bəstəkarı Pyer Tilloy isə yaratdığı əsərin yaranma tarixçəsindən bəhs edib: "Son 20 il ərzində Azərbaycana dəfələrlə səfərlər etmişəm. Belə olanda, təbii ki, çoxlu dostlar əldə edirsən. Dostluq yalnız dostunun sevincini deyil, kədərini də bölüşmək deməkdir. Buna görə də hiss etdim ki,Xocalıfaciəsi haqqında yazmalıyam. "Xocalı613” əsəri üzərində çalışanda, sanki bir quş olub 26 fevral 1992-ci ildə həmin faciəli gecədəXocalıüzərində uçurdum və hər şeyi görürdüm və bunları musiqi vasitəsilə ifadə edirdim”.
Tədbir "Rhein-Quartett” kamera ansamblının qərb və azərbaycanlı bəstəkarlarının əsərlərini ifa etməklə davam edib. Birinci Dünya müharibəsinin qurbanı olmuş bəstəkar Enrike Qranadosun "Orientale” (ispan üslubunda kompozisiya), Əfrasiyab Bədəlbəylinin duyğusal "Azad Bir Quşdum”, Xəyyam Mirzəzadənin həzin "Bərzəni” adlı əsərləri çox ecazkar şəkildə ifa edilib.
Anım gecəsi məşhur fransız bəstəkarı Pyer Tilloyun həmin faciəli gecənin dəhşətlərindən xəbər verən "Xocalı613” adlı simfonik poemanın ifası ilə yekunlaşıb. Əsərdə skripka, klarnet və simli alətlər kvartetinin əsgər yürüşü, fəryad, pulemyot atəşi və milli musiqinin elementlərindən geniş istifadə edilir.






banner

Oxşar Xəbərlər