AZE | RUS | ENG |

AFFA “Zubkov işi”nə xitam verdi

AFFA “Zubkov işi”nə xitam verdi
Tovuzun “Turan” klubunun AZAL-la keçirdiyi futbol üzrə Topaz Premyer Liqasının XVII tur matçından sonra futbolçu Ruslan Zubkovla bağlı AFFA-nın başladığı araşdırmalara xitam verilib. Bu haqda Lent.az-a UEFA-nın oyun alqı-satqısı və qanunsuz futbol mərc oyunlarının qarşısını almaq üçün Azərbaycanda təyin etdiyi nümayəndə, AFFA-nın hüquqşünası Rəmiş Malıyev bildirib. “Daha öncə “Turan”ın vitse-prezidenti Namiq Məstanov və baş məşqçi Əfqan Talıbovun izahatlarını almışdıq. Sonra isə Zubkovla da danışdıq, yazılı izahatını aldıq. O, məsələnin özü tərəfindən ortaya atılmasını qəbul etmədi. Zubkov bu hadisənin olmasını boynuna almadı. Ona görə də məsələyə xitam verildi. Yəni, fakt öz təsdiqini tapmadı”. Malıyevin sözlərinə görə, danışılmış oyun faktını inzibati yollarla sübuta yetirmək səlahiyyətləri yoxdur: “Bilirsiniz, insanlar bunu edirlər. Sonra isə bir qayda olaraq, boyunlarına almırlar. Bizim də belə səlahiyyətimiz yoxdur ki, əməliyyat-axtarış həyata keçirək, danışıqların audioyazısını aparaq, onu izləyək”. Qeyd edək ki, 2012-ci il dekabrın 15-də keçirilmiş AZAL – “Turan” matçı qolsuz tamamlanıb – 0:0. Matçdan sonra “Turan” rəsmiləri həmin vaxt Tovuz komandasında icarə əsasında çıxış etmiş Ruslan Zubkova müqavilə ilə məxsus olduğu AZAL-dan oyun satmaq təklifinin gəldiyini iddia ediblər. Onlar bildiriblər ki, Zubkov “Turan”dakı komanda yoldaşlarına belə bir təklif aldığını deyib.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8952
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1496
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1764
CHF 1 1 İsveçrə frankı 1.6853
KWD 1 1 Küveyt dinarı 5.5846
TRY 1 1 Türkiyə lirəsi 0.2775