AFFA yığmanın futbolçusunu əməliyyat etdirdi

AFFA yığmanın futbolçusunu əməliyyat etdirdi

İdman
08 Aprel 2013, 11:21 1002
Azərbaycanın müxtəlif yaş qrupları üzrə yığma komandasının və “Sumqayıt” klubunun futbolçusu Orxan Əliyev əməliyyat olunub. Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, 18 yaşlı hücumçu ön bağ yaralanması diaqnozu ilə Almaniyada cərrah bıçağı altına uzanıb.

Təxminən 10 gündən sonra klinikada Əliyevin zədəsinin bərpasına başlanacaq. Tam müalicə kursu 6 ay davam edəcək.

Qeyd edək ki, bütün müalicə xərclərini AFFA ödəyəcək.