• şənbə, 20 Aprel, 08:05
  • Baku Bakı 14°C

AFFA və UEFA rəhbərliyi “Qarabağ“-“İnter“ oyununu müzakirə ediblər

15.12.14 17:10 1138
AFFA və UEFA rəhbərliyi “Qarabağ“-“İnter“ oyununu müzakirə ediblər
UEFA-nın baş katibinin müavini Teodor Teodoridis Bakıya bir günlük səfərə gəlib.
Trend-in AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, UEFA rəsmisi bu gün Azərbaycan Futbol Federasiyasının prezidenti Rövnəq Abdullayevlə görüşüb.
Görüşdə "Avro-2020"nin Bakıda keçiriləcək oyunları ilə bağlı təşkilati məsələlər, regionda futbolun inkişafı və Avropa Liqasının qrup mərhələsində keçirilmiş “Qarabağ” – “İnter” oyunu müzakirə olunub.
AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov görüşdə iştirak edib.
banner

Oxşar Xəbərlər