• şənbə, 20 Aprel, 16:56
  • Baku Bakı 23°C

AFFA telekanallardan 15 min manat istədi

03.04.14 14:03 1088
AFFA telekanallardan 15 min manat istədi
ABŞ və Azərbaycanın futbol üzrə milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununun televiziyada canlı yayımı ilə bağlı AFFA tender elan edib. Lent.az-ın məlumatına görə, qarşılaşmanı canlı yayımlamaq istəyən televiziyalar aprelin 10-dək quruma müraciət edə bilər.
Yayım hüququ 15 min manat təşkil edir. Amma bura texniki xərc daxil deyil. AFFA həmin televiziyanın əməkdaşının bütün səfər xərclərini ödəməyi və şərhçi otağı ilə təmin etməyi öz üzərinə götürür.
Qeyd edək ki, San-Fransisko şəhərində keçiriləcək ABŞ – Azərbaycan matçı mayın 27-də yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə 28 may, saat 7:00) başlanacaq.
banner

Oxşar Xəbərlər