• şənbə, 20 Aprel, 16:24
  • Baku Bakı 23°C

AFFA rumıniyalı futbolçunu cəzalandırıb

26.10.16 14:09 1132
AFFA rumıniyalı futbolçunu cəzalandırıb
Topaz Premyer Liqasının IX turunun "Neftçi” – "Qarabağ” matçında baş verən xoşagəlməz hala AFFA İntizam Komitəsi hüquqi qiymət verib. Apasport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, qarşılaşmanın sonlarında meydana daxil olan azarkeşi vuran "Neftçi”nin hücumçusu Katalin Tiranın cəzası açıqlanıb.

Dava-dalaşda iştirak edərək qırmızı vərəqə alan rumıniyalı futbolçu bu hərəkətinə görə, 5 oyunluq cəzalanıb, komandasını 2400 manat ziyana salıb.

Həmçinin 90+2-ci dəqiqədə meydançaya azarkeş daxil olduğu üçün oyunda fasilə yaranıb. "Neftçi” tərəfi təhlükəsizliyi tam təmin etmədiyi üçün daha 4000 manat cərimə olunub.
banner

Oxşar Xəbərlər