AZE | RUS | ENG |

AFFA qalmaqallı hakimi cəzalandırdı

AFFA qalmaqallı hakimi cəzalandırdı
AFFA Hakimlər Komitəsi futzal üzrə FİFA referisi Elçin Məmmədovu cəzalandırıb. Lent.az-ın məlumatına görə, qalmaqallı hakim Topaz Premyer Liqasının XXI turunda “Qarabağ”ın qapısına “Rəvan”ın təmiz penaltisini təyin etmədiyi üçün “ofsayd”a düşüb. O, həmin oyundan sonra Azərbaycan Kubokunun ¼ final matçlarına təyinat almayıb. İndi isə Premyer Liqanın XXII turundan kənarda qalıb. Təsnifat mərhələsinin son oyunlarında bütün aparıcı hakimlərə təyinat verildiyi halda, Məmmədov məcburi istirahətə göndərilib. Qeyd edək ki, verilməyən penalti epizodu zamanı hesab 2:2 olub. Uzatma dəqiqələrində “Qarabağ” qələbə topunu vurmağı bacarıb. Qarşıdakı turun hakimləri: 3 mart (bazar) 14:00. “Kəpəz” (Gəncə) – “Simurq” (Zaqatala) Hakimlər: Anar Salmanov, Cavanşir Yusifov, Namiq Hüseynov, Tahir Əhmədov Bakı, “Dalğa Arena” stadionu 15:00. “Bakı” – “Rəvan” (Bakı) “Bakı” klubunun təlim-məşq bazasının stadionu 15:00. “Xəzər Lənkəran” – “Sumqayıt” Hakimlər: Ramil Diniyev, Elşən Acalov, İsgəndər Əliyev, İnqilab Məmmədov Lənkəran şəhər mərkəzi stadionu 15:00. AZAL (Bakı) – “Qəbələ” Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Zeynal Zeynalov, Ramiz Məhərrəmov Bakı, “AZAL Arena”. 15:00. “Turan” (Tovuz) – “Neftçi” (Bakı) Hakimlər: Elvin Əsgərov, İlham Əliyev, Rza Məmmədov, Feyzulla Feyzullayev Bakı, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu 17:00. “Qarabağ” (Ağdam) – “İnter” (Bakı) Hakimlər: Vüsal Əliyev, Vaqif Musayev, Nahid Əliyev, Orxan Məmmədov Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311