• cümə axşamı, 25 aprel, 08:05
  • Baku Bakı 14°C

AFFA prezidenti Berti Foqtsa nə deyib?

20.12.13 11:58 1037
AFFA prezidenti Berti Foqtsa nə deyib?
“Bizim gənc komandamız və çox yaxşı perspektivimiz var. Bu səbəbdən Azərbaycan yığmasında daha 2 il qalmağa razılaşdım. Köməkçim Uli Ştayn da mənimlə birlikdə fəaliyyətini davam etdirəcək”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Berti Foqts deyib.
67 yaşlı mütəxəssis vətəni Almaniyada verdiyi açıqlamada AFFA ilə müqaviləsinin daha 2 il uzadılmasından danışıb.
Foqts 2008-ci ildən rəhbərlik etdiyi yığmamıza daha çox vaxt ayırmaq istədiyini də bildirib: “Biz AVRO-2020-nin bəzi oyunlarının Bakıda keçirilməsini istəyiriksə, güclü komandamız olmalıdır. Seçmə mərhələni də gənc oyunçulardan qurulmuş heyətlə əla çıxış etməliyik. Onlar da həmin final mərhələsinə öz bacarıqlarının zirvə nöqtəsində çatmalıdır. Mən komanda ilə daha çox çalışmaq, oyunçularımı daha tez-tez bir araya yığmaq istəyirəm. Bunu mənə AFFA prezidenti də dedi. Elə buna görə də müqavilənin də şərtlərində dəyişikliklər oldu”.
Qeyd edək ki, Berti Foqtsla yeni müqaviləyə əsasən, almaniyalı 2015-ci ilin sonunadək Azərbaycan yığmasında çalışacaq.
bu xəbər 693 dəfə ox
banner

Oxşar Xəbərlər