• cümə, 29 Mart, 18:19
  • Baku Bakı 14°C

AFFA-nın vitse-prezidenti: "Klublar çox ağır vəziyyətə düşüblər"

06.06.20 18:37 719
AFFA-nın vitse-prezidenti: "Klublar çox ağır vəziyyətə düşüblər"
"Bu qərarı Məşqçilər Komitəsi olaraq öz aramızda müzakirə etmişik. Klublar çox ağır vəziyyətə düşüblər. Çıxış yolu tapıb-tapmayacaqlarını deyə bilmərəm".
Bu fikirləri "Report"a açıqlamasında AFFA-nın vitse-prezidenti və Məşqçilər Komitəsinin sədriVaqif Sadıqovhəftəsonu tətbiq olunan qadağalara görə klubların məşq edə bilməməsibarədə danışarkən deyib.
Federasiya rəsmisi futbolçuların, məşqçilərin və komandaların hazırda ağır durumda olduqlarını bildirib. Sadıqovun sözlərinə görə uzun fasilədən sonra çempionatın bərpasına hazırlaşmaq üçün 3 həftə azdır: "Premyer Liqanın başlaması ilə bağlı qərar veriləndə bunu bilirdik. 3 həftədən altı və bazar günlərini çıxanda komandalar yenə pis vəziyyətdə qalırlar. Amma bu qərar müvəqqəti və ya daimi olacaq bilmirəm. Nazirlər Kabineti yanındaOperativ Qərargahın virusla bağlı nəticələrini biləndən sonra nəsə demək olar".
Vitse-prezident UEFA-nın yerli çempionatları idman prinsipləri əsasında sona çatdırılmasının tərəfdarı olduğunuxatırladıb: "Biz də bunun tərəfdarı olmuşuq. İstəyirik ki, çempion və avrokubok iştirakçıları idman prinsiplərinə görə müəyyənləşsin. Ancaqfors-major hallarda hər bir qərar qəbul olunandır və biz bunu başa düşməliyik. Hazırkıqərar odur ki, çempionat iyunun 21-də başlasın, yəqin ki, klublarla hansısa müzakirələr aparılacaq. AFFA, PFL rəhbərliyi və klublar bir araya gəlib qərar veriblər. Hesab edirəm ki, hər birinin məsləhətləri vacibdir və onlara ehtiyac var. Bundan sonra atılan addımları görəcəyik və istər-istəməz Operativ Qərargahın qərarlarına uyğun nəsə edə bilərik. Hələ ki, gözləmə mövqeyindəyik. Qərargahın qərarına əsasən ehtiyac olsa, yenə bir araya gəlib çempionatla bağlı müzakirə aparmaqolar".
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının iyunun 21-də bərpa olunması barədə qərar qəbul edilib. XXI turun oyunları bazar günü keçirilməlidir. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda həftəsonu qadağalar 6-7 iyun üçün tətbiq edilib və 13-15 iyunda da tətbiqi nəzərdə tutulur.
banner

Oxşar Xəbərlər