AFFA-nın baş katibi türkiyəli hakimləri izləyəcək

AFFA-nın baş katibi türkiyəli hakimləri izləyəcək

İdman
09 Aprel 2013, 13:07 972
Türkiyəli FİFA referisi Fırat Aydınus futbol üzrə Avropa Liqasında Rusiyanın “Rubin” və İngiltərənin “Çelsi” komandaları arasında keçiriləcək ¼ final mərhələsinin cavab görüşünə təyinat alıb. Lent.az-ın məlumatına görə, oyun aprelin 11-də Moskvadakı “Lujniki” stadionunda baş tutacaq.

Bakı vaxtı ilə saat 21:00-da başlanacaq qarşılaşmada Aydınusa həmyerliləri Serkan Ok və Aleks Taşçıoğlu yan xətt, Cem Satman 4-cü, Barış Şimşek və Tolqa Özkalfa isə əlavə hakimlər qismində yardımçı olacaqlar.

Qeyd edək ki, “Rubin” – “Çelsi” matçında UEFA nümayəndəsi AFFA-nın baş katibi Elxan Məmmədov olacaq.