AZE | RUS | ENG |

AFFA-dan Zeynal Məmmədova və “Bakı“ya ağır cəza

AFFA-dan Zeynal Məmmədova və “Bakı“ya ağır cəza
Klubun hakimi döyən mühafizəçisi Elvin Fətullayevin futbola aid hər hansı fəaliyyətinə qadağa qoyulub


Oktyabrın 22-də AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. AFFA-nın rəsmi saytının məlumatına görə, İK Azərbaycan Premyer Liqasının sonuncu turu çərçivəsində keçirilən "Qarabağ" - "Bakı" matçından sonra baş verənlər barəsində müvafiq qərarlar çıxarıb.
Qərarda deyilir ki, Premyer Liqanın IX turunun “Qarabağ” – “Bakı” matçı başa çatdıqdan sonra hakimlər onlar üçün ayrılmış otağa yaxınlaşarkən dəhlizdə “Bakı” klubunun mühafizəçisi (Elvin Fətullayev) matçın baş hakiminə fiziki təsir göstərib (yumruqla zərbə endirib). Həmin şəxs polislər tərəfindən yaxalansa da, “Bakı” klubunun digər üzvlərinin köməkliyi nəticəsində hadisə yerindən uzaqlaşdırılıb. Bu hadisənin “Bakı” klubunun baş meneceri Zeynal Məmmədov və klubun katibi Zəka İbrahimovun gözləri önündə baş verməsinə baxmayaraq, həmin şəxslər öz tabeçiliyi altında olanları sakitləşdirmək əvəzinə hakimləri təhqir edib və onlara hədə-qorxu gəliblər. Yuxarıda göstərilənləri nəzərə alaraq İntizam Komitəsi aşağıdakı qərarı qəbul edib:

1. “Bakı” klubunun mühafizəçisi Elvin Fətullayevin futbola aid hər hansı fəaliyyətinə qadağa qoyulub, klub 20 min manat cərimə olunub.

2. “Bakı” klubunun baş meneceri Zeynal Məmmədov və klubun katibi Zəka İbrahimov hakimləri təhqir etdiklərinə, onlara hədə qorxu gəldiklərinə və təhrikçi hərəkətlərinə görə hər bir şəxs 10 oyunluq cəzalanıb, klub 16 min manat cərimələnib. Adıçəkilən şəxslərin cəza müddətləri başa çatana kimi stadionlara girişi qadağan edilib.

3. PFL baş vermiş hadisədə ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verib.

4. Hakim-İnspektorlar Komitəsi matçın AFFA nümayəndəsinin fəaliyyətinin qiymətləndirdikdən sonra İntizam Komitəsinə məlumat versin.

5. Analoji hadisənin baş verəcəyi təqdirdə “Bakı” klubuna qarşı aşağıdakı sanksiyalar tətbiq olunacaq:

- Oyunun azarkeşsiz və ya neytral meydanda keçirilməsi.

- Klubun aktivindən xalların silinməsi.

- Klubun yarışlardan kənarlaşdırılması.

Qeyd edək ki, baş vermiş hadisə bir neçə vidoekamera vasitəsi ilə qeydə alınıb və öz təsdiqini tapıb.

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056