AZE | RUS | ENG |

AFFA-dan “Xəzər Lənkəran”a ağır cəzalar

AFFA-dan “Xəzər Lənkəran”a ağır cəzalar
Elnur Allahverdiyev: “İndi peşmanam”

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Toplantıda Topaz Premyer Liqasının VII turunda baş verən qayda pozuntularına hüquqi qiymət verilib. “Turan”la səfər matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalanan “Xəzər Lənkəran” 1000 manat cərimə edilib.
Bundan əlavə, matçın 23-cü dəqiqəsində Ruslan Abışov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırılmışdı. Lakin matçın videoyazısını izlədikdə futbolçunun məqsədinin topa zərbə endirmək olduğu aşkar edilmiş və epizod təhlükəli oyun kimi qeydə alınmışdı. Bu səbəbdən futbolçuya göstərilən qırmızı vərəqə ləğv edilib və epizod sarı vərəqə ilə qiymətləndirilib.
Amma iclasda cənub təmsilçisi haqda daha sərt qərarlar çıxarılıb. Belə kim, matçın fasiləsində “Xəzər Lənkəran”ın məşqçisi Zaur Ramazanov hakimləri təhqir edib. Bu səbəbdən o, 5 oyunluq cəzalanıb, klub isə 5000 manat cərimə edilib.
78-ci dəqiqədə Elnur Allahverdiyev hakimə tüpürdüyü üçün birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb ki, bu səbəbdən 6 oyunluq cəzalanıb. Klub isə daha 5000 manat cəriməyə məruz qalıb.
“Həmin an hirsli idim. Fikirləşirdim ki, hakimə qarşı birdən nəsə edərəm, sonra məni futboldan ömürlük qovarlar. Özümü ələ almağa çalışdım. Ancaq gördüm ki, dözə bilmirəm...”. Bu sözləri apasport.az saytına “Xəzər Lənkəran”ın futbolçusu Elnur Allahverdiyev deyib.
E.Allahverdiyev bildirib ki, Tovuzdakı qarşılaşmada baş hakim Rəhim Həsənov ona heç bir səbəb olmadan sarı vərəqə göstəribmiş: “Mənə yersiz sarı vərəqə göstərəndə, özümü saxlaya bilmədim. Ancaq indi bu hərəkətimə peşmanam. Cəzanın 6 oyunluq olmasını isə başa düşmürəm. Çox ağır cəzadır. Belə çıxır ki, çoxları mənim nəsə etməyini gözləyirlər. Niyə belə edirlər, başım çıxmır”.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.923
GEL 1 1 Gürcüstan larisi 0.6449
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1951
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1837
CHF 1 1 İsveçrə frankı 1.6935
KWD 1 1 Küveyt dinarı 5.5962
TRY 1 1 Türkiyə lirəsi 0.3219