• cümə axşamı, 25 aprel, 15:21
  • Baku Bakı 23°C

AFFA-dan hakimi təhqir edən futbolçuya sərt cəza

24.09.13 13:45 1336
AFFA-dan hakimi təhqir edən futbolçuya sərt cəza
AFFA İntizam Komitəsi Topaz Premyer Liqasında VII turun 3 oyununda hüquq pozuntusu aşkarlayıb. Lent. az-ın məlumatına görə, ən sərt cəzalar “Qarabağ” – “Simurq” matçına şamil edilib.
Bu görüşün 83-cü dəqiqəsində “Qarabağ” azarkeşləri meydana kənar əşya atıblar. Nəticədə Ağdam klubu 2000 manat cərimələnib. 90+3-cü dəqiqədə isə “Simurq”un futbolçusu Draqan Çeran hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Ona 4 oyunluq cəza, klubuna 4000 manat cərimə kəsilib. Zaqatala təmsilçisi daha 1000 manat cəriməni 5 futbolçusunun sarı vərəqə alması səbəbindən ödəyəcək.
AZAL azarkeşləri də “Xəzər Lənkəran”la qarşılaşmada meydana kənar əşya atıblar. 72-ci dəqiqədə baş verən bu olay paytaxt klubuna 2000 manata başa gəlib. 45+1-ci dəqiqədə isə AZAL-ın futbolçusu Oskar Klava sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə ilə qovulub. Klava 1 oyunluq cəzaya, klubu 200 manat cəriməyə məruz qalıb.
Nəhayət, “Qəbələ” ilə oyunda 4 futbolçusu sarı vərəqə alan “Rəvan”a 1000 manat cərimə kəsilib.
banner

Oxşar Xəbərlər