AFFA 3 ölkə ilə danışıqlar aparır

AFFA 3 ölkə ilə danışıqlar aparır

İdman
19 Oktyabr 2012, 17:16 1066
AFFA milli komandanın gələn ilin əvvəlində yoldaşlıq görüşləri keçirməsi üçün danışıqlar aparır. Bu haqda apasport.az saytına assosiasiyanın baş katibi Elxan Məmmədov məlumat verib. O bildirib ki, hazırda 3 ölkə ilə aparılan danışıqların nəticəsinə ilin sonunadək aydınlıq gələcək.
“Hazırda 3 ölkə ilə danışıqlar aparılır. Ancaq indidən ad açıqlaya bilmərəm. Həmin görüşlər fevralda FİFA-nın beynəlxalq oyunlar üçün nəzərdə tutduğu vaxtda olacaq” – deyə, Məmmədov bildirib.
Millimiz son 2 ildə həmin vaxt Dubaya təlim-məşq toplanışına yollanıb, orada yoldaşlıq görüşləri keçirib. Maraqlıdır, yığmamız yenə bu məkanı hazırlıq üçün seçəcək: “Ola bilsin yığmamız yenə Dubaya toplanışa getsin. Çünki orada hava şəraiti yaxşıdır. Ümumiyyətlə, təkcə Azərbaycan yığması yox, müxtəlif milli komandalar hazırlıq üçün Dubaya, yaxud Antalyaya gedirlər. Orada çoxlu sayda klublar olurlar. Yığma komandalar isə daha çox Dubaya, Asiya ölkələrinə yollanırlar. Yoldaşlıq görüşləri həmin ölkələrdə də ola bilər”.
Qeyd edək ki, yığmamız sonuncu yoldaşlıq görüşünü avqustda Bakıda Bəhreynə qarşı keçirib və 3:0 hesabı ilə qalib gəlib.