• cümə axşamı, 28 mart, 15:40
  • Baku Bakı 16°C

Afaq: “Kişi dostlarım çoxdur, amma sevmirəm“

19.06.14 14:22 1263
Afaq: “Kişi dostlarım çoxdur, amma sevmirəm“
Axşam.az xəbər verir ki, aparıcı ekstrasensin “Həyatında biri var. Münasibətləri ciddidir, amma sonda ayrılıq olacaq. Birinci ailəsi caduya görə dağılıb” sözlərinə cavab verib:
“Düşünmürəm ki, ilk həyat yoldaşımla bizi cadu ayırıb. Sözləri deyən ekstrasens mənim həyatımda nəyin olduğunu bilmir, ona görə də elə düşünüb. Sevgiyə gəldikdə isə... Qadının həyatında kişi olar da... Ətrafımda çox istədiyim, hörmət etdiyim kişi dostlarım çoxdur. Amma tam sevirəm deyə bilmərəm”.
Afaq falçı yanına getdiyini də etiraf edib:
“Bir deyim var: fala inanma, falsız da qalma. Falçı yanında çox olmuşam. Universitet vaxtlarımda rəfiqələrimlə yığışır, gedirdik. Gələcəyimizi öyrənmək maraqlı idi. Bir dəfə demişdilər ki, sən elə bir yerdə çalışacaqsan ki, avtomobilin olacaq, çox tanınacaqsan. Necə demişdisə, o cür də olub. Amma son vaxtlar falçı yanına getməmişəm. Buna vaxtım da yoxdur. Həm falçı nə deyir-desin, mən qəlbimin dərinliklərində ona inanmıram”.
banner

Oxşar Xəbərlər