AZE | RUS | ENG |


ADU rektoru: "Süni surətdə tələbələrin kəsirlərinin saxlanmasına imkan verilməyəcək"

ADU rektoru:
"Süni surətdə tələbələrin kəsirlərinin saxlanmasına imkan verilməyəcək”. APA-nın xəbərinə görə, bunu Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla deyib.
 
Rektor ADU-nun kitabxanasının yaxşılaşdırılması istiqamətində də addımlar atılacağını bildirib: "Təhsil naziri Mikayıl Cabbarov məni Azərbaycan Dillər Universitetinin (ADU) kollektivinə təqdim edib getdikdən sonra dedim ki, kitabxananı görmək istəyirəm. Mənə dedilər ki, əsas binada kitabxana yoxdur, kitabxana universitetin başqa binasına köçürülüb. Mən buna çox təəccübləndim. Təsəvvür edin, bu binada təhsil alan tələbə kitab üçün başqa binaya gedir”.
 
ADU-nun nəzdində fəaliyyət göstərən bir sıra ölkələrin mərkəzləri barədə də danışan akademik vurğulayıb ki, bu mərkəzlərin hamısını özündə ehtiva edən mərkəzlər birliyinin olması onların hər birinin işini daha da optimallaşdıra bilər.
 
K. Abdulla qeyd edib ki, struktur cəhətdən ayrı düşən kafedra və bölmələr birləşdirilə bilər.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.7079
GBP 1 İngilis funt sterlinqi 2.1926
TRY 1 Türk lirəsi 0.4822
KWD 1 Küveyt dinarı 5.6337
SEK 1 İsveç kronu 0.2093
EUR 1 Avro 1.9963
CHF 1 İsveçrə frankı 1.7687
USD 1 ABŞ dolları 1.7008