ADU-da yeni kitabın növbəti təqdimatı keçirilib
Azərbaycan Dillər Universitetində (ADU) "Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli
haqqında” adlı kitabın silsilə təqdimatları keçirilir. Növbəti belə tədbir
martın 13-də ADU Multikulturalizm Elmi - Tədqiqat Laboratoriyasında (ETL) təşkil
olunub.
Açılış nitqi ilə çıxış edən ADU-nun Beynəlxalq münasibətlər və İdarəetmə
fakültəsinin dekanı İbrahim Kazımbəyli dövlətimizin multikulturalizm siyasətinin
vacibiyindən və universitetdə bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətindən
danışıb.
Tarix üzrə fəlsəfə doktoru Əli Fərhadov "Cənab Prezident İlham Əliyev
və multikulturalizm siyasəti: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
multikulturalizmin Azərbaycan modeli haqqında: seçilmiş fikirlər” kitabının (Azərbaycan,
rus və ingilis dillərində) əsasında” mövzusunda məruzə ilə çıxış edib. O,
multikulturalizm, islam həmrəyliyi və tolerantlıq mövzuları haqqında məlumat
verib, kitabın alimlər və tələbələr üçün mükəmməl vəsait olduğunu bildirib.
ADU
Multikulturalizm ETL-nın elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Rəşad
İlyasov "Müasir Azərbaycanda multikulturalizm, dini və etnik icmalar”
mövzusunda məruzə ilə çıxış edib. O, Azərbaycanda mövcud olan dini və etnik
icmalara tarixi baxış, onlara müsair dövrdə dövlətimizin qayğısından bəhs edib.
ADU Beynəlxalq münasibətlər və İdarəetmə fakültəsinin dekan müavini Əli Məmmədov
isə "Multikulturalizm Azərbaycan milli siyasətinin ideoloji əsası kimi”
mövzusunda mühazirə oxuyub, ölkəmizdə yaşayan çoxsaylı etnik qrupların ölkəmizin
multikultural üstünlüyü olduğunu qeyd edib.
ADU Xarici dillərin metodikası
kafedrasının müəllimi Könül Fərəcbəyli "İsrailin baş naziri Benyamin
Netanyahunun Azərbaycana işgüzar səfəri zamanı cənab İlham Əliyevin çıxışından”
mövzusunda mühazirə deyib, yəhudi və Azərbaycan xalqlarının qardaşlığından,
dostluğundan söhbət açıb.
ADU Multikulturalizm ETL-nın müdiri, dosent İrina
Kunina çoxmədəniyyətliliyin, multikultural mühitin Azərbaycanın zənginliyi
olduğunu bildirib. Sonda tələbələr də mövzu ilə bağlı fikirlərini bölüşüblər.