• cümə, 29 Mart, 08:41
  • Baku Bakı 5°C

ADU-da ümummilli lider Heydər Əliyev anılıb

12.12.17 18:22 2193
ADU-da ümummilli lider Heydər Əliyev anılıb
Azərbaycan Dillər Universitetində (ADU) ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib.

Universitetin Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev ümummilli lider Heydər Əliyevin anım gününü xalqımızın həyatında kədərli bir gün kimi xarakterizə edib. O, bildirib ki, ulu öndərin müstəqil Azərbaycanın yaranmasında və dövlətçiliyimizin formalaşmasında misilsiz xidmətləri var. Ümummilli liderin ikinci dəfə hakimiyyətə gəlişi ilə bütün sahələrdə olduğu kimi təhsil sahəsində də yeni bir siyasətin başladığını qeyd edən professor vurğulayıb ki, Azərbaycan Dillər Universiteti də onun yaratdığı ali təhsil müəssisələrindən biridir. Ə.Abdullayev əlavə edib ki, gənclərin xaricdə təhsil alması, bu istiqamətdə dövlət proqramının həyata keçirilməsi ulu öndərin təhsildə geniş perspektivlərə imkan yaradan uzaqgörən siyasətinin nəticəsidir.

Tədbirə qonaq qismində qatılan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin rəsmisi Vüsal Quliyev ulu ondərin sovet dövrü və müstəqillik illərindəki siyasi fəaliyyətindən bəhs edib. Onun sözlərinə görə, ulu öndər sovet hakimiyyət orqanlarında çalışdığı zaman mərkəz tərəfindən Azərbaycana xüsusi önəm verilib, müxtəlif əhəmiyyətə malik obyektlər məhz ölkəmizin ərazisində salınıb, konstitusiyada Azərbaycan dili dövlət dili elan olunub. V.Quliyev həmçinin ulu öndərin ictimai-siyasi, iqtisadi, təhsil və mədəniyyət, səhiyyə, ordu quruculuğu və digər sahələrdəki xidmətlərindən söz açıb.

Tədbir tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.
banner

Oxşar Xəbərlər