• cümə, 19 Aprel, 11:19
  • Baku Bakı 13°C

ADU-da rəhbərlik I kurs tələbələri ilə görüşüb - Fotolar

28.10.16 22:14 1314
ADU-da rəhbərlik I kurs tələbələri ilə görüşüb - Fotolar
Bu gün Azərbaycan Dillər Universitetində universitetin Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev və Pedaqoji (ingilis dili-alman dili) fakültənin dekanı, professor Fikrət Cahangirov adıçəkilən fakültənin I kurs tələbələri ilə görüş keçirdilər.

Professor Əfqan Abdullayev I kurs tələbələrini salamlayaraq onlara Azərbaycan təhsil sistemində və dövlətçiliyimizin inkişafında, həmçinin Ümummilli lider Heydər Əliyev və onun siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin təhsil sahəsində siyasətinin həyata keçirilməsində özünəməxsus yer tutan bir universitetin tələbələri olduqlarını bildirdi. Görüşdə Əfqan Abdullayev Bolonya sistemi haqqında məlumat verdi, həmçinin ADU-nun bu sistemə qoşulan ilk təhsil müəssisələrindən biri olduğunu diqqətə çatdırdı. Daha sonra o, Bolonya sisteminin prinsipləri, ADU-da Bolonya sisteminin tətbiqi, həmçinin kredit sisteminin tarixi, dünya kredit sistemləri, əlavə kredit götürməyin yolları, bakalavr pilləsi üçün vacib olan kreditlərin sayı, tədris proqramında təklif olunan fənlər haqqında təqdimatla çıxış etdi.

Sonra professor Fikrət Cahangirov "Ali təhsil müəssisəsinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili qaydaları” mövzusunda təqdimatla çıxış etdi. Fakültə dekanı, kredit sistemində tədris prosesinin xüsusiyyətləri, tədrisin təşkili, təqaüdlərin verilmə qaydası, tələbənin fərdi tədris planının tərtibi, tələbənin hüquq və vəzifələri, universitetdən xaric edilmə halları və ümumi müddəalar haqqında geniş məlumat verdi.

Gorüşdə mövzular barədə məlumatları əks etdirən yaddaş kitabçaları tələbələrə paylanıldı.

Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı, təkliflər səsləndirildi.



banner

Oxşar Xəbərlər