ADU-da müəllimlərdən beynəlxalq dil sertifikatı tələb olunacaq
2017-2018-ci tədris ilindən
etibarən Azərbaycan Dillər Universitetində (ADU) dil tədris edən kafedralarda boş
elan olunan müəllim vəzifəsini tutmaq üçün müsabiqədə iştirak edəcək müəllimlərdən
onların dil səviyyəsini müəyyən edən TOEFL, İELTS, DELS, DALF, B2, C1 kimi beynəlxalq
dil sertifikatları tələb olunacaq. Bu, müqavilə müddəti bitmiş, attestasiyadan
keçəcək müəllimlərə də aiddir. Bununla əlaqədar universitetin bütün
kafedralarına bildirişlər göndərilib.
Qeyd
etmək lazımdır ki, ADU rəhbərliyinin bu qərarı universitetin professor-müəllim
heyətinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və tədris prosesinin keyfiyyətinin
daha da yaxşılaşmasına xidmət edir.